"Un qıtlığı yaranıb, qiyməti sürətlə bahalaşır. 50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata qalxıb. Hətta bu qiymətə də una tələbat kəskin artdığına görə, topdansatış müəssisələrinin çoxu satışı dayandırıb, qiymətin daha da bahalaşmasını gözləyirlər. Bu sürətlə bahalaşma davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 35 manat olacaq", - qiymətin qalxmasına münasibət bildirən iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
Ekspert qeyd edib ki, un qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və unun qiymətinin qalxmasının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar aparılmalıdır"
Qaynarinfo.az

0 Yorumlar