
Hazırda bütün dünyada koronavirusa (COVID-19) xalq təbabəti ilə qalib
gəlmək istəyənlər çoxdur. Bir müddət əvvəl zəncəfilin, daha sonra limonun
koronavirusun dərmanı olması ilə bağlı fikirlər yayıldı.
Məsələyə Ümumdünya Səhiyyə Təşkilatı da
biganə qalmayıb. Belə ki, qurumun Səhiyyədə Fövqəladə Hallar Proqramının
icraçı direktoru Maykl Rayan bu barədə fikirlərini səsləndirib:
“Əgər xəstələnəndə bal, limon, zəncəfil
kimi sevimli müalicə vasitələriniz varsa, tövsiyə edirəm ki, istifadə etməyə
davam edin. Amma xahiş edirəm, gəlin, sübut olmadan bu vasitələrin COVID-19-u
müalicə etməsi ilə bağlı fərziyyələr irəli sürməyək. Hazırda COVID-19-un sübut
olunmuş müalicəsi yoxdur”.
0 Yorumlar