İyun ayında yenilənmiş Roewe RX5 krossoveri Çin bazarında
satışa çıxacaq.
Modifikasiyadan
əvvəlki versiya da model xəttində qaldığına görə, son versiya “RX5 Plus”
adlandırılıb. Lakin, krossoverin yeni versiyası barədə məlumat azdır: ilk şəkillər
tizer şəklində yayılıblar. SAIC
Design studiyasının dizaynerləri krossoverin ön və arxa hissənin dizaynını
dəyişərək, ona qəsdən aqressiv görünüş veriblər. Ön tərəfdə diqqəti çəkən
mürəkkəb formalı fənərlərdir. Yeni fənərlər ucbatından ön hissə yenidən
işlənməli olub. Yalnız bamper ilə barmaqlıq deyil, kapot da dəyişdirilib.
Loqotip daha yaxşı nəzərə çarpır ki, RX5 modelinin sülhsevər görüntüdən əsər-əlamət belə qalmayıb.
Arxa fənərlər forma ilə
birlikdə naxışlarını dəyişdirsələr də, əvvəlki baqaj qapağına uyğun gəlirlər. Buraxılış sisteminin iki çıxış borusu əvvəl də var idi,
amma yeni bamper fərqli formalı borulara malik olub. Avtomobilin qabaritləri
açıqlanmayıb. Xatırladaq ki, modifikasiyadan əvvəlki modelin uzunluğu 4545 (4556) millimetr, eni - 1855
millimetr, hündürlüyü - 1719 millimetr, təkər bazasının genişliyi isə 2700
millimetr təşkil edirdi.
