Koronavirus
pandemiyası dünyanın səhiyyə sistemi ilə yanaşı, iqtisadi, sosial sahələrdə də
çatışmazlıqları və ehtimal olunan böhranı üzə çıxarıb.
Beynəlxalq Əmək Təşkilatının (İLO)
"COVID-19 və İş Həyatı: Təsir və Cavablar" adlı ilkin qiymətləndirmə
hesabatında pandemiyanın qlobal işsizliyi artıracağı əks olunub.
Hesabata görə, təxminən 25 milyon nəfər
işsiz qala və əmək böhranı yarana bilər.
Hesabatda pandemiyanın əmək bazarına
təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirlər
açıqlanıb:
- Sosial müdafiə gücləndirilməli;
- Qısa iş vaxtı, ödənişli məzuniyyət və
digər təşviqlərlə məşğulluğun qorunmasına dəstək verilməli;
- Biznesin həcmindən asılı olmayaraq
bütün müəssisələrə, yəni mikro, kiçik, orta və iri müəssisələrə maliyyə və
vergi dəstəyi verməli;
- Maliyyə və pul siyasəti tədbirləri
görülməli;
- İqtisadiyyatın xüsusi sektorları üçün
kredit və maliyyə dəstəyi təmin edilməli.
EKONEWS

0 Yorumlar