UEFA
hazırkı avrokubok mövsümünü avqustun 3-dək başa çatdırmağı planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə
qitə futbol qurumunun prezidenti Aleksander Çeferin ZDF telekanalına
açıqlamasında bildirib.
Sloveniyalı funksioner deyib ki, Çempionlar Liqası
və Avropa Liqasındakı qalan qarşılaşmaları milli çempionatların keçirildiyi
günlərdə də oynamaq olar: "Vəziyyət fövqəladədir. Biz möhkəm olmalıyıq.
Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off
mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündür.
"8-lər" və ya "4-lər" finalı formatı isə hələlik bir
hipotezdir. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını
təhlükə altında qoymamaqdır. Şərtlər təhlükəsizdirsə, heç bir problem
görmürəm".
Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla,
UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə
əlaqədar dayandırılıb. Matçların yaydan tez bərpa olunmayacağı gözlənilir.

0 Yorumlar