Tanınmış jurnalistin ailəsində faciə


J
urnalist Məhəbbət Orucovun yeganə oğlu Seymur Sərdarzadə faciəli surətdə həyatını itirib.

Lent.az-ın məlumatına görə, avtomobil qəzasına düşən 32 yaşlı Seymur xəstəxanaya yerləşdirilsə də, dünən səhər saatlarında keçinib. Seymur Sərdarzadə iki azyaşlı övladı olub.

Qeyd edək ki, jurnalist Məhəbbət Orucov "Ekspress”, "525-ci qəzet”, "Yeni Müsavat”, "Binəqədi” qəzetlərində çalışıb.

Allah rəhmət etsin…

0 Yorumlar