"Yoxsa
ki, heç kim koronavirus haqda nə yazar, nə danışar və yaxud indi qəbul edilən
qərarların heç biri qəbul edilməz, onu sadəcə qrip kimi qəbul edərdilər”.
Bu sözləri "Yaxın Şərq İnstitutu”nun
prezidenti, politoloq Yevgeni Satanovski koronavirus üzündən yarnacaq
qlobal böhranla bağlı hiss etdiklərini dilə gətirərkən deyib.
Satanovski dünyanın isteriya qapıldığını
qeyd edib. Boşanmaların və məişət zorakılığı hallarının sayı artıb. İnsanlar
işlərini itirəcək deyə əsəb keçirirlər. Dar məkanlarda yaşamaq psixikamızı
sıxır. Hamı stress içindədir. Xof və fobiya güclənib. Bir əyalətdən olanlar o
biri əyalətdən olanları bəyənmir, ancaq onlar birlikdə milyonluq əhalisi olan
paytaxt və şəhərlərin sakinləridir.
Hamısı da öz hökumətlərinin fəaliyyətini
tənqid edir. "Sərt karantin və onun olmamasına görə tənqid edirlər,
qadağalara görə tənqid edirlər və heç özləri buna əməl etmirlər..." -
Satanovski deyir. Ancaq eyni zamanda, qadağalara da çoxu əməl etmir. Müxtəlif
dini məzhəblərin nümayəndələrinin bir-birinə hücumu başlayıb. Bir-birlərini
guya "bəlalara" səbəb olan "günahkar" həyat tərzi
keçirməkdə ittiham edirlər. Varlıları da, kasıbları da nifrət bürüyüb.
"Kasıbların cəmiyyətin yuxarı təbəqəsi olan, villalarda yaşamasıyla öyünən
axmaq varlıları görən güzləri yoxdur", - politoloq qeyd edib.
Satanovski hesab edir ki, pandemiya
insanların əsil simasını və əsil təbiətlərini üzə çıxarıb. Ancaq bu
epidemiyanın bir faydası da var: "Bütün zamanlarda olduğu kimi, ehtiras və
faciələrlə gübrələnmiş zəmin üzərində mütləq bir sıra istedadlı ədəbiyyat və
incəsənət əsərləri yaranacaq".
Alpər/ QAYNARinfo.az

0 Yorumlar