APA-nın
Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin
Avrasiya İqtisadi Birliyinin Ali Şurasının onlayn formatda keçirilən iclasında
deyib.
Onun sözlərinə görə, hakimiyyət ölkədə
sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyir: “Ekspertlərin
qiymətləndirmələrinə görə, Rusiyada yoluxmanın pik həddi hələ keçilməyib. Biz
sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyirik, infeksiyanın yayılmaması üçün
lazımi profilaktik və digər tədbirləri həyata keçiririk”.
Rusiya Prezidenti qeyd edib ki, lazım gələcəyi
təqdirdə Müdafiə Nazirliyinin hospitalları koronavirusa yoluxmuş xəstələr üçün
fəaliyyət göstərəcək: “Müdafiə Nazirliyinin xətti ilə 16 ixtisaslaşdırılmış
hospitalın tikintisi gedir. Yaxın vaxtlarda bu hospitallar təhvil veriləcək.
Əlbəttə ki, bu hospitallardan təkcə hərbi xidmətçilər deyil, lazım olduğu
təqdirdə mülki əhali də istifadə edə biləcək”.
