
“Napoli” futbol klubunun
baş məşqçisi Cennaro Qattuso 1 aylıq maaşını klubun ödənişsiz məzuniyyətə
göndərilmiş 30 personalına bağışlayıb.
DB-Nyus türk mətbuatına istinadən xəbər
verir ki, Qattuzo klub rəhbərliyinə müraciət edərək 1 aylıq maaşından imtina
etdiyini, bu ödənişin klub personalı
arasında bölünməsini xahiş edib.
Xatırladaq
ki, “Napoli” klubunun rəhbərliyi Koronavirus böhranı ilə bağlı iqtisadi
tədbirlər çərçivəsinə 30 personalını ödənişsiz məzuniyyətə göndərməyi qərara
almışdı.
0 Yorumlar