
Abşeron rayonunda ölümlə
nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Yalçın Məlikovun
cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un
xəbərinə görə, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Hakim Vaqif Həsənovun icraatında olan iş üzrə hazırlıq
iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki,
hadisə ötən ilin noyabr ayında Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində baş
verib.
1975-ci il
təvəllüdlü Məlikov Yalçın Əliağa oğlu Hökməli qəsəbəsi - “Memar Əcəmi”
metrostansiyası marşurut xətti ilə hərəkət edən sərnişin avtobusu ilə qəsəbənin
sonuncu dayanacaq istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada,
1941-ci il təvəllüdlü Məmmədova Gülcahan Qabil qızını vurub.
Hadisə nəticəsində
qadın müxtəlif bədən xəsarətləri alıb. Qadın sürücü tərəfindən xəstəxanaya
aparılarkən yolda ölüb.
Y.Məlikova Cinayət
Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə
ittiham verilib.
0 Yorumlar