Azərbaycanın
Rusiyadakı Səfirliyi sərhəddə gərgin vəziyyətin aradan qaldırılması üçün
Rusiyanın Xarici İşlər Nazirliyi və Dağıstanın regional hakimiyyəti ilə sıx
əlaqə saxlayır.
Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “NEWS.ru”ya bildirib
.
“Biz Dağıstan hakimiyyəti və Rusiya Xarici İşlər
Nazirliyi ilə sıx əlaqədəyik, köməyə və vəziyyətin anlaşılmasına görə çox
minnətdarıq və vəziyyəti nizama salmağa çalışırıq”, - Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, hal-hazırda sərhəddə ölkəyə
qayıtmağa çalışan 200 Azərbaycan vətəndaşı var. Səfir qeyd edib ki, diplomatik
missiyanın “Qaynar xətti”nə zəng edən hər kəsə sərhədin bağlanması haqqında
xəbərdarlıq edilib və bildirilib ki, sərhəd aprelin 20-dən tez açılmaya bilər.
Amma bu tarix də şübhə altındadır - hər şey epidemiologiyanın vəziyyətindən
asılı olacaq.
Səfir qeyd edib ki, bu gün sosial şəbəkələrdə və
KİV-də insanların sərhədə getməməsi ilə bağlı müraciətlə çıxış edib. İnsanların
orada Azərbaycan ərazisinə girişi gözləmək imkanları yoxdur.
Polad Bülbüoğlu vətəndaşların sərhəddə
toplaşmasına görə xəstəliyə yoluxma riski haqqında xəbərdarlıq edib.
Diplomatik missiyanın başçısı vurğulayıb ki,
sərhəddəki azərbaycanlıların guya aclığı barədə xəbərlər həqiqətə uyğun deyil.

0 Yorumlar