Nəsimi
Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat
həyata keçirilib.
Daxili
İşlər Nazirliyindən "Report"a bildirilib ki, daxil olan məlumat
əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Elnur Rəsulov və Rüfət Orucəliyev tutulublar.
Onların Nəsimi rayonunda yerləşən kirayədə
qaldıqları evə baxış zamanı idman çantasının içərisində narkotik vasitələr olan
959 qram tiryək, 14, 712 qram heroin, 34 qram marixuana, 1, 696 qram psixotrop
maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı bu şəxslərin narkotik vasitələri “Rais” adlı şəxsiyyəti
istintaqa məlum olmayan bir nəfərdən satmaq məqsədi ilə aldıqları məlum olub.
E.Rəsulov və R.Orucəliyev İran vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi
vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar.
Saxlanılan şəxslər ifadələrində qeyd ediblər ki,
narkotik vasitələri “Rais”in tapşırığı ilə paytaxtın müxtəlif yerlərində
yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib
ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən şəxslər pulları müxtəlif
yollarla E.Rəsulov və R.Orucəliyevə çatdırandan sonra onlar əldə etdikləri
maddi vəsaitləri “Rais”in göndərdiyi bank kartlarına köçürüblər.
Nəsimi RPİ əməkdaşları tərəfindən keçirilən növbəti
əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə
məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Elman Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb. Onun Binəqədi
qəsəbəsində yerləşən evinə baxış zamanı 5 kiloqramdan 35 qram narkotik
vasitə heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan
cinayət əməlini törətməkdə şübhəli bilinən hər 3 şəxs tutularaq istintaqa cəlb
olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,
əməliyyat-istintaq tədbirləri davan etdirilir.

0 Yorumlar