
Teatrdan verilən
məlumata görə, teatrın simfonik orkestrinin solisti, beynəlxalq
müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə
ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya
gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər.
Qeyd edək ki, virtual konsertdə Firuzə
ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım
Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menaraguez da
iştirak edib və onlar "Love" (S.Gündüz) əsərini səsləndiriblər.
Məkanları fərqli, məramları eyni olan
Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin
sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın bu çətin pandemiya ilə
üz-üzə qaldıgı bir vaxtda həmrəy olduqlarını, hər kəsə "evdə qalsaq da,
ideya və arzularımızdan qalmırıq!" ismarışını verməyə çalışıblar.
Bu
il Azərbaycanda yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi
siyasət çərçivəsinin hazırlanması nəzərdə tutulub.
Report
Report
0 Yorumlar