Seçenov
Universitetinin Xəstəxana Terapiyası kafedrasının professoru, tibb elmləri
doktoru Sergey Yakovlev koronavirusun pandemiyasında tibbi maska taxmağın hansı
şərtlərdə lazım olduğunu izah edib.
Qaynarinfo xəbər verir ki, onun
sözlərinə görə, maska əsasən dükanlara, tibb müəssisələrinə gedərkən, habelə
ictimai nəqliyyatdan istifadə edərkən taxılmalıdır.
"Küçədə maska taxmağın mənası
yoxdur. Onun üstünə toz töküləcək, viruslar isə havada uçuşmurlar", - deyə
həkim "Arqumentl i Faktı” qəzetinə bildirib.
Yakovlev əlavə edib ki, maska 2-3 saat
ərzində istifadə üçün nəzərdə tutulur, bundan sonra atılmalıdır.

0 Yorumlar