Biologiya elmləri doktoru, Corc Mason Universitetinin (ABŞ)
Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova “Lente.ru”ya verdiyi
müsahibədə virusun ötürülməsi mexanizmlərini izah edib.
Onun
sözlərinə görə, pişiklər insandan infeksiyaya yoluxa bilər, lakin virus başqa
insana keçmir. Pişik yalnız virusu öz cinsindən olan heyvanlara yoluxdurur.
Professor, itlərin COVID-19-a
yoluxmadığını bildirib. Belə ki, onların “ACE2” reseptorları
bu virusa həssas deyillər, lakin itlər özləri ilə koronavirusu daşıya bilərlər.
Belə ki, virus itin mədəsindən keçsə də ölmür və onun daxilində çoxalmır,
sadəcə nəcislə ayrılır.
İnsan,
ən sadə sanitariya normalarına əməl etmədiyi təqdirdə itdən infeksiyaya yoluxa
bilər. Digər tərəfdən, heyvanın zibil qutusuna atılan və xəstənin istifadə
etdiyi salfetə toxunduqdan sonra sizi yalamasına imkanı verməyin. Eyni zamanda
küçədə digər insanların ev heyvanları ilə oynamağı da tövsiyə edilmir.
Report
