"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq
etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya
enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata,
makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə
mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə
prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı
Tədbirlər Planında öz əksini tapıb.
Sənəddə həmçinin monetar situasiyadan
asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi, karantin
rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən
sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına
requlyativ tətilin verilməsi, kapitalın hərəkəti və valyuta rejiminin
effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və
nəzarətin gücləndirilməsi qeyd olunub.

0 Yorumlar