İspaniyanın "Barselona" futbol klubunun
prezidentliyinə namizəd Viktor Font Katalon komandasının cari
vəziyyəti haqqında fikirlərini bölüşüb.
Bu barədə “DB-Nyus” “Mundo Deportivo”ya istinadən
xəbər verir.
O,
qeyd edib ki, klub Neymarın işinə görə qeyri-sabit vəziyyətdədir.
Futbolçular, əməkdaşlar arasında mübahisələr, sosial şəbəkələrin işi üzrə
yoxlamalar mövcuddur.
"Bura qeyri sabit idman siyasətini, müdiriyyətin
ayrılmasını və koronavirusla əlaqədar gəlirlərin əhəmiyyətli şəkildə azalmasını
əlavə edin. Klub iqtisadi və mənəvi müflislik təhlükəsi altındadır. Oyun
qurtarıb”, - o bildirib.
Qeyd edək ki, daha
əvvəl "Barselona" klubunun İdarə Heyətinin 6 üzvü vəzifələrini
tərk edib.
Funksionerlər koronavirus pandemiyası zamanı klubu
idarə edə bilməmələri və sosial şəbəkələrdə ulduz futbolçu Lionel Messinin
tənqid olunması barədə işlərlə əlaqədar istefa veriblər.

0 Yorumlar