"Vətəndaşlar
xüsusi icazə sistemindən çalışıb gün ərzində bir dəfə istifadə etsinlər. Çünki,
sistem intellektualdır".
Bu açıqlamanı Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə verib.
Onun sözlərinə
görə, sistem daxil olan müraciətləri araşdırıb və bunların təhlilini
aparacaq:
"Kimlərsə
bu sistemə bilərəkdən çoxlu sayda SMS göndərsə, sisten artıq onu təhlil edib,
araşdıracaq. Daha sonra polisə xəbərdarlıq edə biləcək. Bunun da bir cəzası
mövcuddur. Yəni vətəndaşlarımız bilməlidirlər ki, bu sistemdən zərurət olduqda
istifadə etmək lazımdır. Belə bir vaxtda məsuliyyətli olmaq lazımdır".
Mənbə: "Report”
0 Yorumlar