ABŞ-ın
qabaqcıl avtomobil istehsalçısı olan "Ford” şirkəti Çindəki müştərək
müəssisəsində istehsal olunan 49 minə yaxın avtomobili əyləc şlanqlarındakı
nasazlıqlara görə geri çağırır.
Bu barədə Çinin Dövlət Bazar
Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Aprelin 7-də başlayacaq proses
zamanı 2015-2017-ci illərdə istehsal olunmuş "Taurus” modellərini əhatə
edəcək.
Bildirilir ki, "Ford”un Çindəki
müştərək müəssisəsi olan "Changan Ford Automobile” nasaz detalları öz
hesabına dəyişəcək.

0 Yorumlar