"1,5 milyard dollar dəyərində tədbirlər paketi neftin qiymətinin ucuzlaşması və koronavirusa görə Azərbaycan iqtisadiyyatına mənfi təsiri azaldacaq"
"Neftin qiymətinin kəskin ucuzlaşması ARDNF-yə neftdən daxil olan fiskal gəlirləri mühüm dərəcədə azaldacaq, eyni zamanda sosial ödənişlər və müavinətlərlə bağlı cari xərclər artacaq, çünki işsizliyin səviyyəsi 2019-cu ildə 5%-dən 8%-dək artacaq. “Fitch” fiskal qaydaların müvəqqəti dayandırılmasını gözləyir ki, hökumət böhrana reaksiya verə bilsin”, - agentlik qeyd edir.
“Fitch” Azərbaycanın güclü fiskal və xarici buferlərini, dövlət borcunun aşağı səviyyədə olduğunu (2019-cu ilin sonuna ÜDM-in 19,1%-i) vurğulayır. “Bizim proqnozlara görə, 2020-ci ildə dövlət borcu ÜDM-in 23%-dək yüksələcək. Səbəb COVİD-19 pandemiyası dövründə dövlət dəstəyi tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsidir. 2021-ci ildə dövlət borcu ÜDM-in 22,2%-dək azalacaq”, - məlumatda qeyd olunur.
Agentliyin qiymətləndirmələrinə görə, neftin qiymətinin ucuzlaşması səbəbindən Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 2,8%-ni təşkil edəcək, lakin 2021-ci ildə neftin qiymətinin bərpası fonunda 5,2% profisitlə əvəz olunacaq.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templəri ilə bağlı yeni proqnozu hələ dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb

0 Yorumlar