"Nazirlər
Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel
2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı
qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə
sərnişin daşınmasına icazə veriləcək".
Bu
barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN)
yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr
sektorunun müdiri Nuridə
Allahyarova bildirib.
Belə ki, xidmət tərəfindən taksi minik
avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə mart ayında
taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə
Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati
ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin
edilir) xidmət göstərə bilərlər.
"Hazırda bununla bağlı Dövlət Avtomobil
Nəqliyyatı Xidməti tərəfindən müvafiq qaydada həmin şəxslər haqqında
məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər
aparılmaqdadır" - deyə, o bildirib.

0 Yorumlar