
"Çox
təəssüf edirəm ki, gündəlik çörək puluna işləyənlər dövlətin yardım
proqramından kənarda qaldı".
Bunu
Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli koronavirus
pandemiyası ilə əlaqədar Baş nazirin vətəndaşlara yadımla bağlı tədbirlər
planını şərh edərkən deyib.
Ekspert
bildirib ki, təxminən 1 milyon 500 min müqaviləsiz işləyən vətəndaş var:
"Bunların
bir çoxu ictimai iaşə obyektlərində, xidmət sektorunda, turizm və tikinti sahələrində
işləyir. Bu sahələr tamamilə bağlanıb. Onların sayları dəqiq bəlli deyil deyə,
qeydiyyatı ilə bağlı problemlər var. Bir çoxlarının qeydiyyatı rayondadır, amma
Bakıda yaşayırlar, yaxud da bir rayonda qeydiyyatda olsa da, başqa bir rayonda
yaşayırlar. Bu insanların umumi sayı ilə bağlı məlumat yoxdur".
Natiq Cəfərli
qeyd edib ki, inkişaf etmiş bir çox ölkələr belə fərq qoymadan bütün vətəndaşlarına
birdəfəlik yardım edib:
"Azərbaycanda
da bunun bir sənədləşdirilməsinin hesabatlığının aparılması üçün zaman yoxdur.
Buna görə düşünürəm ki, dövlət bütün vətəndaşlara şamil olunacaq qərar verməlidir.
Onlar Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşı olan hər kəsə birdəfəlik
maddi yardım almaq üçün imkan yaradılmalıdır. Ən azı 250 manat səviyyəsində
yardım alsalar, bu da onların iki ay müddətində dolanışığını təmin edər".
Qeyd edək
ki, Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli
gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan
Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950
nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq
edib.
0 Yorumlar