
Bu tədbir
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və koronavirusdan zərər çəkmiş
sahibkarlıq subyektlərinə və əhaliyə dəstəyin göstərilməsinə dair Tədbirlər
Planında nəzərdə tutulub.
Requlyativ
tətillərin verilməsində məqsəd pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən
sahibkarların öhdəliklərinin tənzimlənməsindən ibarətdir.
Plana
əsasən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Mərkəzi Bankı
aprel ayı ərzində yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi
siyasət çərçivəsini hazırlamalıdır.
Mərkəzi
Banka 2020-ci il ərzində monetar situasiyadan asılı olaraq sterilizasiya
portfelinin həcminin genişləndirilməsi, kapitalın hərəkəti və valyuta rejiminin
effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və
nəzarətin gücləndirilməsini həyata keçirmək tapşırılıb.
Qeyd edək
ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda aprelin 20-dək xüsusi
karantin rejimi tətbiq olunub.
FİNS.AZ
0 Yorumlar