"Azərbaycanda koronavirusdan baş verən ölüm hallarının hamısı
yanaşı gedən ağır xəstəliklər səbəbindən olub".
Bunu TƏBİB-in İdarə Heyətinin
sədri Ramin
Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın
brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə
görə, pasiyentlər arasında 2-90 yaşlı insanlar da var: "Hətta 84 yaşında
sağalan xəstəmiz də olub".
TƏBİB sədri
vurğulayıb ki, xəstəlik zamanı orqanizmin verdiyi cavabdan çox şey
asılıdır.
REPORT.az

0 Yorumlar