Azərbaycanın tikinti sektorunda strateji layihələrin işlənməsi və
həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və
regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat
Korporasiyasının yaradılması nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu, Nazirlər
Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan
irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin
dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra
tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının
icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Sənəddə deyilir ki, həmin məsələnin
reallaşdırılıması və korporasiya tərəfindən aşağıdakı fəaliyyətin həyata
keçirilməsinə dair təkliflər hazırlanmalıdır:
- strateji layihələr portfelinin uzunmüddətli idarə
olunması, yeni layihələrin işlənməsi;
- bu layihələrin maliyyələşməsinə investorların
cəlb edilməsi;
- dövlət tərəfindən yeni tikinti layihələri üçün
yerlərin ayrılması və zəruri infrastrukturun yaradılması;
- multi-funksional tikintini təmin edən pilot
layihənin həyata keçirilməsi.

0 Yorumlar