ABŞ-da koronavirusa yoluxanların sayı daha da artıb.
“Doombook-nyus” “TASS” agentliyinə
istinadən bildirir ki, Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş
Ştatlarda koronavirusa 300 915 yoluxma halı
qeydə alınıb.
Bildirilir ki, ölkədə 14 459 nəfər
COVID-19 infeksiyasından sağalıb.
ABŞ-da koronavirus qurbanlarının
sayı isə 8
162 nəfər təşkil edir.
Xatırladaq ki,
koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa
başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə
alınıb

0 Yorumlar