Bu barədə Mərkəzi Qan Bankının baş həkiminin müavini
Namirə Abbasova məlumat verib.
O bildirib ki, qan verməyə gələn şəxslər
əvvəlcə həkim müayinəsindən keçirilir:
“Müraciət edən şəxslərin sayı həddən
artıq çoxdur. “Leyla Medical Center”də səhər saat 9-dan qanvermə aksiyasına
başlanılıb. Bu dəqiqəyə qədər 56 nəfər qan verib. Hələ yüzlərlə insan növbədə
gözləyir.
Hər hansı ürək-damar xəstəliyi, şəkərli
diabeti, arterial təzyiqi, zobu olan, qaraciyəri ilə problem yaşayan, orqan
transplantasiyası keçirmiş şəxslər qan verə bilməz. Qanvermədə 18-65 yaş aralığında tam sağlam insanlar iştirak
etməlidir”.
