Suriyadan olan döyüşçülər
Liviyada marşal Xalifa Haftar tərəfdən döyüşməkdən imtina
ediblər.
Bunu İsrail KİV-i yazıb.
Bildirilib
ki, Suriyanın Kuneytr əyalətindən olan 350 suriyalı keçmiş
döyüşçü Rusiyanın Vaqner muzdlu hərbi şirkəti ilə Liviyada neft yataqlarını
qorumaq üçün 3 aylığına
müqavilə imzalayıb. Lakin həmin muzdluları döyüşə göndərmək
istəyiblər. Onlar buna etiraz edərək silahı təhvil veriblər. Ailə
üzvlərinin Kuneytrdəki Vaqnerin təmsilçisinə sərt təzyiqlərindən sonra döyüşçülər
Suriyaya qaytarılıblar.
Məlumata
görə, beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri marşal Haftarın
silahlılarını Liviyanın qərbində, Aralıq dənizi sahillərində yerləşən 3 şəhərdən
çıxarıblar.
Qeyd edək ki, Vaqner muzdluları Haftar tərəfdən döyüşür.
