Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli onu
tənqid edənlərə cavabında deyib.
"Dostlar, mənə yazdığınız tənqidlər və təkliflər çox önəmlidir.
Yalnız, bir şeyi nəzərə almağınızı xahiş edirəm. "Niyə filan şeydən
danışmadınız?", "niyə filan şeyi demədiniz?" sayağı iradlar çox
zaman yersiz olur.
Məclisdə hər iclasın öz gündəliyi olur. Mən müəllimlik vərdişimə görə,
mövzudan qırağa çıxmağı və çıxanları bəyənmirəm. Məclisdə çoxları mövzudan
qırağa çıxır, müzakirə olunmalı məsələ qalır, keçirlər aidiyyatı olmayan
söhbətlərə. Odur ki, sizə görə nədənsə danışmamışamsa, deməli, o məsələ hələ
müzakirə mövzusu olmayıb (başqalarının intizamsız danışıqlarına baxmayın).
İntizam demişkən, mən indi bir işçi qrupun üzvüyəm (Hüquq Siyasəti
Komitəsində). Həmin qrupda deputatların yeni intizam qaydaları hazırlanır. Mən
öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin
tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun
olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir.
Bilirəm, çoxunuz tələsir, məndən tezliklə böyük nəticə gözləyir. Mən bir
çıxışla alqış qopara, sosial şəbəkələri partlada bilərəm. Bu, heç də çətin
deyil. Kimsədən də qorxmuram. Nəticəsi nə olacaq? Deyim: mənimlə hamı əlaqəsini
kəsəcək, ondan sonra mən seçicilər üçün heç bir iş görə bilməyəcəyəm. Daha öncə
demişdim, bir daha yazım - şəxsən mənə deputatlıq lazım deyil. Mən bu işə ReAl
və seçicilər üçün faydalı olmaq üçün girişdim".
Deputat ünvanına yazılan və söylənilən bəzi gümanların çox aşağılayıcı
olduğunu qeyd edib:
"Mən heç kəsə vicdanıma şübhə ilə yanaşmağa bəhanə verməmişəm, təmiz
yaşamışam, bundan sonra da təmiz yaşayacağam. Kimsənin qarşısında gözükölgəli
deyiləm. Tələsməyin. Yaxşı işlər yavaş görülür".
Bahar Rüstəmli

0 Yorumlar