Koronavirus pandemiyası səbəbindən dayandırılan
İngiltərə Premyer Liqasının davam etdirilməyəcəyinə və "Liverpul"un
çempion elan olunacağına UEFA prezidenti Aleksander Çeferin münasibət bildirib.
Sloveniyalı funksioner adıçəkilən qurumun bu yöndə məsləhət verməsi ilə bağlı yayılan xəbərləri
təkzib edib.
O, nə "Liverpul"un, nə də digər
çempionatlardakı liderlərin vaxtından əvvəl qızıl medalla təltif edilməsinə
razıdır: "Bu tip xəbərləri mən də oxudum. Ancaq UEFA-nın belə bir məsləhət
verməsi uydurmadır. UEFA mövsümün tamamlanmasını və hazırkı liderlərin çempion
elan edilməsini istəmir. Yalnız bu informasiyaların yalan olduğunu deyə
bilərəm. Heç bir federasiyaya və ya liqa rəhbərlərinə bu formada məsləhət
verməmişik. Bizim hədəfimiz çempionatları tamamlamaqdır".
Qeyd edək ki,
"Liverpul" Premyer Liqada XXIX turdan sonra ən yaxın izləyicisini 25
xal qabaqlayır.

0 Yorumlar