Massachusetts
Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən hazırlanmış yeni bir
texnologiya cihazları simsiz şəbəkələrdən doldurmağa imkan verəcəkdir. Yeganə
çatışmazlıq 6G standartının tətbiqinin zəruri olmasıdır, ancaq bunun da zaman
məsələsi olması aydındır.
Yeni enerji mənbəyi axtarışı prosesində
tədqiqatçılar cihazların radio emissiyasına sərf etdiyi enerjinin böyük
hissəsinin tələb olunmamasına diqqət çəkib. Sadə dillə
deyilərsə, enerji boşuna sərf edilir. Üstəlik, 5G rejimində işləyən mövcud
sistemlərin gücü çox azdır. Buna görə ixtiraçılar nəzərlərini dərhal tezliyi
yüzlərlə gigaherz və hətta terahertzlə hesablanan 6G rejiminə yönəltdilər.
G-dən 6G-yə keçərkən stansiyaların tezliyində artım
demək olar ki, 1000 dəfə artacaq. Bu, istehlak olunan
enerjinin 10 milyon qat artacağına gətirib çıxaracaq, ancaq bunun da çox
hissəsi boş yerə xərclənəcək. Üstəlik, belə güc artıq smartfonları uzaqdan
doldurmağa imkan verəcək.
Yeri gəlmişkən, hər hansı bir isti cisim (daxil
edilmiş cihazdan tutmuş insan bədəninə qədər) zəif bir terahertz
radiasiya yayır. Elm adamları adi otaq temperaturunda istifadə üçün
uyğun texnologiyanın mövcudluğunu nəzəri olaraq sübut edib. Bu hesablamalar
"Science Advances" elmi jurnalında təqdim edilib.
Tərtibatçıların fikrincə, yaradılan cihaz ətraf
mühitdən enerjini passiv toplamağa və onu elektrik enerjisinə çevirməyə xidmət
edir. Bir az Günəş panellərini xatılatsa da, o smartfonlar
fərqli tezlik diapazonlarında işləyəcəklər.
Bu cihazın tətbiq dairəsi çox genişdir, məsələn, onun
köməyi ilə başqa cihazları da enerji ilə təmin etmək mümkün olacaq.
Alpər/Qaynarİnfo

0 Yorumlar