Əziz gənclər!
Xüsusi karantin dövründə sosial təcrid müddətini daha da əyləncəli və
faydalı etmək məqsədilə Gənclər Fondu gənclərin sosial şəbəkələrdə layihələri
və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə
start verir. Belə ki, "İdeyanı Reallaşdır – gənclərin fərdi
layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində gənclər #evdəqal həştəqinə uyğun
sosial şəbəkələrdə virtual çağırış aksiyası, əyləncəli kontentlər, faydalı və
maarifləndirici video çarxlar və digər təşəbbüslərini təqdim edə
bilərlər.
Gənclərimizi aktiv formada təkliflərini təqdim etməklə həmyaşıdları üçün
faydalı və maarifləndirici layihələr həyata keçirməyə dəvət edirik.
Layihə və təklifləri GencAPP (genc.az) mobil tətbiqi və youthfoundation.az
internet səhifəsi üzərindən göndərilməlidir.
"İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant
müsabiqəsində” iştirakla bağlı şərtlərlə və prioritet mövzuların siyahısı ilə
burada tanış ola bilərsiniz.
Müraciət etmək üçün linklər:
1.Onlayn səhifə üzərindən:
2.GencAPP üzərindən:
Biz Birlikdə Güclüyük!

0 Yorumlar