Dünya Bankı 2020-ci
il üçün Azərbaycan da daxil olmaqla 3 Cənubi Qafqaz ölkəsində 3%-lik
kiçilmə (tənəzzül) gözləyir.
Bu barədə Bankın yaydığı “European and
Central Asia Economic Update” hesabatının yaz buraxılışında deyilir.
Hesabata görə, bu rəqəm 2021-ci ildə 0,3%-lik böyümə
ilə əvəz olunacaq. Bankın yanvarda açıqlanmış hesabatında isə region
ölkələrində 2020-ci il üçün 0,1%-lik,
2021-ci il üçün isə 3,4%-lik inkişaf gözlənildiyi qeyd edilirdi.
Bankın açıqladığı mənfi artım ssenarisinə görə isə Cənubi Qafqaz ölkələrini
2020-ci ildə 4%-lik,
2021-ci ildə isə 0,9%-lik kiçilmə gözləyir. Amma bu ilin
yanvarında açıqlanan eyni adlı ssenaridə bu il üçün 0,9%-lik geriləmə və
2021-ci il üçün isə 2,2%-lik böyümə gözlənilirdi.
REPORT.AZ

0 Yorumlar