İşsiz
şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək
qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da
veriləcək.
Ekonews xəbər verir ki, bu barədə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əgər ailədə ər və arvad
ikisi də işsizdirsə, birdəfəlik ödəmə onlardan birinə, eyni zamanda, ailənin
digər üzvləri (məsələn, ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş
almırsa, onlara da veriləcək.
2020-ci ilin 1 aprel tarixinə qədər
işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam
etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər birdəfəlik ödəməni
alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac
yoxdur.
Həmçinin, şəxsiyyət vəsiqəsinin müddəti
bitmiş şəxslər üçün xüsusi karantin rejimi dövründə müraciət imkanı yaradılıb.
Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin
sonunadək uzadılıb.
Birdəfəlik ödəmə ilə bağlı müraciət
imkanlarını bir daha xatırladırıq:
1. e-sosial.az portalında
"e-xidmətlər” bölməsinə daxil olaraq, "Vətəndaşların işaxtaran və
işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və
qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq. Bunun üçün
"ASAN imza” və ya elektron imza tələb olunur.
2. Daha rahat yolu: e-sosial.az
portalında "onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı bir
qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq
olar.
Burada müraciət şəxsiyyət vəsiqəsinin və
FİN nömrələrini daxil etməklə, "İstiqamət” bölməsində "məşğulluq
sahəsində göstərilən xidmətlər”, "Xidmət növü” bölməsində isə
"vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan
çıxarılması” bölmələrini seçmək lazımdır.
3. İnternetə çıxış imkanları olmayan
işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq
mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri:
http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.
Ölkənin şəhər və rayonları üzrə elektron
qaydada müraciət günlərinin 12 aprelədək olan dövr üçün QRAFİKi də təqdim
edilib (http://sosial.gov.az/post/3321). Hələ ki, vətəndaş olduğu rayon üzrə
qrafikdə qeyd edilən gün e-qaydada müraciət edir. Sonrakı günlərdə isə hər bir
işsiz şəxs istənilən gün elektron qaydada müraciətini edə biləcək.

0 Yorumlar