Baydenə qarşı şok iddia



ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca namizədlər haqqında ziddiyyətli xəbərlər yayılmağa başlayır. Belə ki, ötən gün Demokrat partiyasının prezident seçkilərindəki namizədi Co  Bayden  əleyhinə yerli mediada şok iddialar ortaya çıxıb.

Belə ki, cümə axşamı günü Tara Ridi adlı qadın polisə müraciət edərək 1993-cü ildə ildə senat dəhlizində o dönəmin Delavare senatoru olan Cou  Baydenin  seksual təcavüzünə uğradığını bildirib. Olanları danışmağa başlayandan sonra üstüörtülü şəkildə təhdid edildiyini də deyən xanım Rid əgər ehtiyac yaranarsa hüquq-mühafizə orqanları ilə də əməkdaşlığa hazır olduğunu bildirib
Mütəxəssislər  hadisəni şərh edərkən hadisənin 27 il əvvəl baş verməsi səbəbilə keçmiş dövlət katibinin sanksiya görmək ehtimalını aşağı qiymətləndiriblər. Baydenin seçki qərargahı isə namizədlərinin əleyhinə yönələn bu iddiaları cavabsız qoyub.
Qeyd edək ki, Cou Bayden keçən il də  buna bənzər iddialarla üzləşməli olmuşdu.