Azərbaycanın yeganə milli poçt operatoru olan“Azərpoçt” MMC 2019-cu ili 1 milyon 487 min manat mənfəət ilə başa vurub.
MMC-nin maliyyə göstəricilərinə istinadən xəbər veririk ki, ötən il “Azərpoçt”un cəmi gəlirləri 48 milyon 40 min manat, cəmi xərcləri isə 46 milyon 553 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən MMC-nin 1 milyon 487 min manat mənfəəti yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Azərpoçt”un cəmi gəlirləri 46 milyon 661 min manat, cəmi xərcləri isə 47 milyon 863 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən MMC-nin 1 milyon 203 min manat zərəri yaranmışdı.
“Azərpoçt” 2017-ci ili 2 milyon 446 min manat mənfəət ilə bağlamışdı.

