ABŞ-ın
elektron ticarət nəhəngi “Amazon” koronavirusun (COVID-19) təsiri ilə onlayn
alış-verişə artan tələbatı qarşılamaq üçün əlavə 75 min insanı işə götürəcəyini
açıqlayıb.
“Tələb
artır və bu misli görünməmiş müddətdə müştərilərimizə xidmət etmək üçün əlavə
75 min iş yeri açdıq, işçilərin sayının artırılmasına isə davam edəcəyik”, –
şirkətin açıqlamasında bildirilib.
Bundan
başqa, şirkət işçilərinin əmək haqqını artırmaq üçün 500 milyon ABŞ dollarından
çox vəsait ayırmağı planlaşdırır.
Xatırladaq
ki, ötən ay “Amazon” onlayn ticarətə artan tələbi qarşılamaq üçün 100 min
nəfəri işə götürmüş, əmək haqqının artırılmasına isə 350 milyon ABŞ dolları
vəsait ayırmışdı.
Report
